Tarix : 2019 Mar 19
Kod 57844

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

Beynəlxalq peşəkar konfransının iştirakçıları Ermənistan dövlətini İslam torpaqlarının işğalçısı kimi kimi pisləyiblər

AranNews – İslam Dünyası Tələbələri Cəmiyyətinin təşəbbüsü ilə “İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması” beynəlxalq peşəkar konfrans keçirilib. Livan, Fələstin, Suriya, Yəmən, Nigeriya, İraq, Pakistan, Əfqanıstan, Bəhreyn, Türkiyə və Azərbaycan ölkələrindən olan tələbələr konfransda iştirak ediblər.Konfransda çıxış edən ustad Əliəkbər Raifupur deyib: “Qarabağ münaqişəsinin yaranması Amerika və sionist rejimin Qafqazda iki böyük güc: İran və Rusiya arasında özləri üçün əmin-aman yer tapmaq və Livanın cənubunun əvəzini çıxmaq məqsədilə İranın şimalında Azərbaycanı özünə cəzb etmək üçün ən yaxşı bəhanə idi.”Raifupur çıxışının davamında deyib: “Biz Qarabağı Fələsin kimi İslamın bir hissəsi bilirik və Qarabağ İslama qayıtmalıdır. Milliyyətçilik Qarabağın İslama qayıtmasına mane olan ən böyük fitəndir.”Konfransın digər natiqi Əlirza Firuzi deyib: “Konfransın mövzusuna diqqət etməklə, Qarabağ milliyyətçilik zərərlərinin ən çox dəydiyi bir diyardır. Bu etnikçilik Azərbaycan üçün problemə çevrilmişdir. Dünya imperializmi, xüsusilə də Amerika və sionist rejim bu zəif nöqtədən İslam əleyhinə istifadə edir. Beləliklə, Azərbaycanı elə bir durumda saxlayır ki, öz ərazi bütövlüyünü candan müdafiə edə bilməsin, bu senarinin alətinə çevrilsin və nəticədə İslamın bir hissəsini işğalçı Ermənistana təqdim etsin.”Livanlı qonaq Macid əl-Qənasi deyib: “Milliyyətçiliyin Qarabağa vurduğu ən az zərbə budur ki, onu İslam dünyasından və onun fövqəladə potensiallarından uzaqlaşdırıb, həmçinin İslam dünyasını Qarabağdan qafil edib.”Konfransın digər iştirakçısı nigeriyalı qonaq deyib: “Qarabağın torpaq münaqişəsi olduğunu və onun heç bir dini mahiyyət daşımadığını deyən iddiaçılara səslənirəm! Gedin, işğal edilmiş ərazilərdəki məscidlərə baxın, bu məscidləri tövləyə çeviriblər.”Konfransın sonunda iştirakçılar İslam torpaqlarını işğal etmiş Ermənistanın işğalçı hərəkətini pisləyiblər və Azərbaycan dövlətindən istəyiblər ki, öz əslinə və kimliyinə qayıtsın, Qarabağ münaqişəsini islami kimliklə həll etsin.






















  • Yazılıb
  • da (də) 2019 Mar 19
  • Göndərən مدير سايت Aran News