Tarix : 2019 Mar 19
Kod 57849

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Fələstin Xarici İşlər Nazirliyi və Qüds Ali İslam heyəti İsrail rejimi məhkəməsinin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin Rəhmət qapısının bağlanması istiqamətində verdiyi qərarı pisləyib


Arannews-Qüds Ali İslam Heyətindən verilən yazılı açıqlamada, İsrail rejiminin məhkəməsinin Rəhmət qapısının müvəqqəti olaraq bağlanması barədə verdiyi qərarı sionist mətbuatından öyrəndiklərini, təşkilatlarına bu barədə hər hansı bir məlumat verilmədiyi qeyd olunub. Qüds Ali İslam heyətinin sədri və keçmiş Qüds-Fələstin müftisi Şeyx İkrim Səbri də, qərarın əsassız olduğunu bildirib: “Əl-Əqsa məscidinin İsrail rejiminin məhkəmələrindən üstün olduğuna inanırıq. Əl-Əqsa bu məhkəmələrin qərarlarına boyun əyməyəcək”. İsrail rejiminin Əl-Əqsa barədə verdiyi istənilən qərarına tabe olmayacaqlarını deyə Şeyx İkrim, İsrail rejiminin gərginliyin artırılması və toqquşmaların baş verməsinə görə məsuliyyətli hesab edib. Fələstin Xarici İşlər Nazirliyindən bu qərarın İsrail rejiminin təkcə Rəhmət qapısını yox, bütün Əl-Əqsa məscidini işğal etməyə istiqamətləndirdiyini qeyd edib. Xatırladaq ki, İsrail rejiminin tabeliyindəki Qüds Sülh Məhkəməsi bu gün (18 mart) işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidnin şərq qala divarlarındakı Rəhmət qapısının müvəqqəti olaraq bağlanması barədə qərar vermişdi. Məhkəmə, həmçinin Qüds İslam Fondları İdarəsindən Rəhmət qapısını işinə ən geci 60 gün ərzində cavab verilməsini istəyib.

  • Yazılıb
  • da (də) 2019 Mar 19
  • Göndərən مدير سايت Aran News