Gürcüstanın xarici işlər naziri Eka Tkeşalaşvili bildirib ki, səfirin geri çağırılmasında əsas məqsəd Rusiyanın atdığı addımlara aydınlıq gətirməkdir
Gorgia Servisi/Aran Agentliyi
Gürcüstan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Rəsmi Tiflis bunu Rusiya hərbi təyyarələrinin tanınmamış Cənubi Osetiya üzərində uçuş keçirməsi ilə əlaqələndirib. Gürcüstanın xarici işlər naziri Eka Tkeşalaşvili bildirib ki, səfirin geri çağırılmasında əsas məqsəd Rusiyanın atdığı addımlara aydınlıq gətirməkdir. Bundan əlavə Gürcüstan Rusiyaya rəsmi etiraz notası da göndərib. Qeyd edək ki, dünən axşam saatlarında, Gürcüstanın hava məkanına Rusiyaya məxsus 2 qırıcı təyyarə daxil olub. Təyyarələr tanınmamış Cənubi Osetiya üzərində təxminən 40 dəqiqə uçuş edib.