Tarix : 2019 Mar 20
Kod 57852

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslamçı məhbuslar Ruhullah və Məhəmmədəli Axundzadə saxlanıldıqları həbsxanada aclıq aksiyasına başlayıblar

Arannews-İslamazeri.com xəbər verir ki, İslamçı məhbuslar AİP rəsmisi Ruhullah Axundzadə və oğlu Məhəmmədəli Axundzadə saxlanıldıqları həbsxanada aclıq aksiyasına başlayıblar.Bu haqda insan haqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkə profilində yazıb."İslam partiyası Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadə saxlandığı 15 saylı cəza çəkmə müəssisəsində aclıq aksiyasına başlayıb. O, ona qarşı olan qeyri- insani münasibətə, "kars"- a salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Atasına dəstək olaraq digər siyasi məhbus, Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də sabahdan aclıq aksiyasına başlayacağını bildirib...Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013- cü ildə ürəyindən əməliyyat olunub. Səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun "kars"- da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir.Cəzasının çoxunu çəkmiş özünün və oğlunun azadlığa çıxacağı gözlənildiyi halda Ruhulla Axundzadəyə qeyri- insani münasibət göstərib (onun saqqalının qırxılması tələb olunub- red.) "karsa"- a salınması şübhəli və müəmmalıdır..." - deyə Oqtay Gülalıyev  qeyd edib.

  • Yazılıb
  • da (də) 2019 Mar 20
  • Göndərən مدير سايت Aran News