Tarix : 2019 Mar 20
Kod 57854

Əli Kərimliyə xarici pasport verilə bilər

AXCP sədri Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.

Arannews-AXCP sədri bu günlərdə jurnalist Sevinc Osmanqızına verdiyi videomüsahibəsində 13 ildir xarici pasport ala bilməməsindən danışıb.Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında Ə.Kərimlinin xarici pasport probleminin həll olunmasını istisna etmir. Onun sözlərinə görə, AXCP sədrinin iki müavini azadlığa buraxılıb və bunun davamı gələ bilər: “Həm Fuad Qəhrəmanlının, həm Gözəl Bayramlının əfv edilməsi böyük hadisədir. Niyə də Əli Kərimlinin xarici pasportu problemi həll olunmasın?Ümumiyyətlə, islahatlar olacaq, hələ çox şey dəyişəcək. Böyük əfv ilk dəfədir və tənqidlər də olacaq, qoy olsun, hamı ailəsinin yanındadır".("Yeni Müsavat")

  • Yazılıb
  • da (də) 2019 Mar 20
  • Göndərən مدير سايت Aran News