Tarix : 2019 Mar 21
Kod 57858

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Avropa Birliyi dünən gecə bir bəyanatda bildirib ki, İranın və Avropa ölkələrinin nümayəndələri Brüssel görüşündə Yəmənin qərbində yerləşən Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar.

Arannews-İran, Avropa Birliyi, həmçinin Almaniya, Fransa, İngiltərə və İtaliya nümayəndələrinin Yəmən böhranı barədəki danışıqlarının beşinci dövrü Belçikanın paytaxtı Brüsseldə keçirilib.Avropa Birliyi qeyd edib ki, bu iclasa sədrlik, birliyin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtin üzərinə düşübdür.İclasda Helqa Şmidt, Caberi-Ənsari, həmçinin Almaniya, Fransa, İngiltərə və İtaliyanın xarici işlər nazirliklərinin siyasi və təhlükəsizlik məsələləri üzrə baş müdirləri iştirak ediblər.Avropa Birliyinin bəyanatına əsasən, bu iclas Yəməndəki siyasi və insan durumu üzərində təmərküzləşib. Bütün tərəflər BMT-nin nəzarəti altında olan siyasi prosesə öz güclü dəstəklərini vurğulayıblar. Tərəflər bu ilcasda həmçinin Stokholm razılaşmasının və onun tam şəkildə icra edilməsinin önəmini vurğulayıblar

  • Yazılıb
  • da (də) 2019 Mar 21
  • Göndərən مدير سايت Aran News