Tarix : 2019 Mar 22
Kod 57861

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

İşçi Qrupun siyasi məhbus siyahısından 52 nəfər azalıb
Aran Agentiliyi:  Martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 52 siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxıldı. Bununla da, Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun siyahısında 70 nəfər qalıb.
Onlar 5 nəfər jurnalist - Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, bir nəfər hüquq müdafiəçisi - Əliabbas Rüstəmov, 8 nəfər siyasi və ictimai fəal - Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Azad Həsənov, Mirfeyzulla Seyidov (ev dustaqlığında olduğu üçün İşçi Qrup onu da siyasi məhbus hesab edir),
49 nəfər inanclı fəallar -Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev, 3 nəfər ömürlük həbs cəzasına məhkum olunan - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov, 1 nəfər siyasi girov - Emin Saqiyev, 3 nəfər isə Səid Dadaşbəyli və onunla birgə tutulan Ceyhun Əliyev və Cahangir Kərimovdur.
Fevralın 20-də Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrup 127 siyasi məhbus olduğu açıqlamasını vermişdi. Prezidentin 16 mart 2019-cu il tarixli əfv sərəncamına qədər onlardan 5 nəfər - Vidadi Rüstəmli və Ruslan Nəsirov şərti cəza ilə, Mehman Hüseynov cəzası bitdiyi üçün, Əbülfəz Sadıqov azadlığın məhdudlaşdırılması cəzası alaraq, Elnur Cavadov isə cəzasının çəkilməmiş hissəsindən azad edilməklə həbsdən buraxılıb.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
  • Yazılıb
  • da (də) 2019 Mar 22
  • Göndərən مدير سايت Aran News
Açar sözlər