Tarix : 2019 Mar 22
Kod 57862

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar
Aran Agentiliyi:  Həmas-ın siyasi bürosunun sədri Qəzzə zolağındakı fələstinlilərin torpaq günündə milyonluq yürüşə hazırlaşmalarından xəbər verib.
Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə deyib: Fələstinlilərin 30 mart-torpaq günündə milyonluq yürüşə hazırlaşmaları ilə sionist rejimin Qəzzənin mühasirəsinin sındırılması başda olmaqla Fələstin xalqının tələblərini yerinə yetirməkdən savayı bir çarəsi yoxdur.
Hənyə vurğulayıb ki, fələstinlilər öz prinsip və amallarına sadiq qalacaqlar. O, əlavə edib: Fələstin müqavimət qrupları Qüdsün və onun müqəddəslərinin, həmçinin müqavimətin prinsipləri, ölkə və xalqın birliyini himayə edirlər.
Həmas-ın siyasi bürosunun sədri həmçinin fələstinli əsirlərə xitabən vurğulayıb ki, Fələstin xalqı heç vaxt onları sionist düşmən qarşısında tək qoymayacaqdır.
Fələstin xalqı 2018-ci il martın otuzundan, yəni torpaq gününün 42-ci ildönümündən özünün “Qayıdış yürüşü” adı ilə tanınan illik və dinc yürüşünə başladı. Onlar bu xalq yürüşündə BMT Təhlükəsizlik Şurasınnın fələstinlilərin öz ölkələrinə qayıdış haqqına dair 194 saylı qətnaməsinə təkid etməyə çalışırlar.
İndiyədək bu aksiyalarda sionistlərin atəşləri nəticəsində 270-dən çox fələstinli şəhid olub, 27 min nəfər də yaralanıbdır.
  • Yazılıb
  • da (də) 2019 Mar 22
  • Göndərən مدير سايت Aran News
Açar sözlər