İranın xarici işlər naziri bu gün səhər İslam Əməkdaşlığı Təşkilatı- İƏT-in növbədənkənar iclasının kənarında Türkiyənin xarici işlər naziri ilə görüşüb.
Aran Agentiliyi: İranın xarici işlər naziri bu gün səhər İslam Əməkdaşlığı Təşkilatı- İƏT-in növbədənkənar iclasının kənarında Türkiyənin xarici işlər naziri ilə görüşüb.
İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak məqsədilə İstanbula səfər etmiş Məhəmməd Cavad Zərif iclasın başlanmasından öncə Mövlud Çavuşoğlu ilə görüşüb.
İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclası əllidən çox namazqılanın ölümü ilə nəticələnmiş Yeni Zelandiyada iki məscidə qarşı terror hadisəsinin müxtəlif yönlərini araşdırmaq məqsədilə bu gün İstanbulda başlanıb.
Yeni Zelandiyada müsəlmanların vəhşicəsinə qırğın edilmələrinin ardınca Məhəmməd Cavad Zərif martın on beşində Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi quraraq, Türkiyənin dövri sədri olduğu İslam Əməkdaşlığı Təşkilatının bu barədə növbədənkənar iclasının keçirilməsini təklif etdi.