Tarix : 2019 Mar 24
Kod 57868

Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

Əlcəzair paytaxtında on minlərlə nəfər bu ölkə prezidentinə qarşı aksiya keçirib.
Aran Agentiliyi: On minlərlə əlcəzairli Əbduləziz Butəfliqənin qərarlarına etiraz olaraq keçirilən bu aksiyada öz etirazının dinc məqsədli olduğunu vurğulayıb.
Əllərində müstəmləkəçilərə qarşı mübarizə aparmış əlcəzairli şəxsiyyətlərin təsvirləri olan aksiyaçılar belə fəryad edirdilər: Diktatorluğa-yox, azadlığa-bəli!
Etirazçılar xarici müdaxilələr olmadan Əlcəzairdə dəyişiklik vacibliyini vurğulayıblar.
Əlcəzair prezidenti Əbduləziz Butəfliqə ötən həftə bu ölkənin prezident seçkilərinin təxirə salındığını və yenidən prezidentliyə namizədlikdən vaz keçdiyini bildirdi.
Əlcəzair prezident seçkiləri aprelin 18-də keçirilməli idi.
  • Yazılıb
  • da (də) 2019 Mar 24
  • Göndərən مدير سايت Aran News
Açar sözlər