İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri dünən gecə İranın Silahlı Qüvvələrinə əmr verdi ki, ölkənin şimalında seldən zərər çəkənlərə tam dəstək versinlər.
Aran Agentiliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının ölkənin şimalındakı Qolestan və Mazandaran vilayətlərində seldən zərər çəkmiş məntəqələrə daha artıq imkanların göndərilməsi vacibliynə dair Silahlı Qüvvələrin Baş Qərargah rəisinə verdikləri fərmana əsasən, general-mayor pasdar Mohəmməd Baqeri sepah, ordu, hüquq-mühafizə qüvvələri, eləcə də İranın Müdafiə Nazirliyinin komandanlarına əmr edibdir ki, indiyədək gördükləri insani, logistik və səhiyyə yardımlarından əlavə, məntəqədə asayişin bərqərar olacağı zamanadək dəqiq, əhatəli və cihadi bir hərəkətdə seldən zərər çəkənlərə hərtərəfli və müntəzəm himayələri davam etdirsinlər.
General-mayor Baqeri bu istiqamətdə səhnəyə, həmçinin qoşun və adi qüvvələr arasında lazımi koordinasiyanın yaradılmasına komandanlıq etmək məqsədilə yüksək rütbəli komandirlərdən ibarət bir nümayəndə heyətinin başçısı kimi İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin əvəzedicisi general-mayor Ətaollah Salehini İranın şimalında seldən zərər çəkmiş məntəqələrə göndərib.
Hazırda ölkə rəsmiləri və hərbi rəsmilər vəziyyəti araşdırmaq və proqramlaşdırma aparmaq üçün zərər çəkmiş məntəqələrdədirlər.
Könüllü qüvvələr də İranın şimalına göndəriliblər.