Tarix : 2019 Mar 25
Kod 57871

Ümumdünya İslami Oyanış Assambleyası Trampın Qolanın işğalına dəstək verməsini pisləyib

Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərinin sionist rejim tərəfindən işğal olunmasına dəstək verməsini pisləyib.
Aran Agentiliyi:  Amerika prezidenti Donald Tramp martın 21-də twitter-dəki şəxsi səhifəsində Vaşinqtonun sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətinə tam dəstək verdiyini bildirdi.
Əli Əkbər Vilayəti bu bəyanatda Amerikanın sionist rejimin təhlükəsizliyini təmin etmək və ona zəmanət vermək məqsədini güdən Qərbi Asiya bölgəsindəki strategiyasının dalana dirənməsinə toxunaraq, əlavə edib: Amerika birbaşa şəkildə qoşun yeridərək, Əfqanıstan, İraq və Suriyanı işğal etdikdən və yeni Yaxın Şərq fitnəsinin müqavimət cəbhəsi tərəfindən uğursuz qoyulmasından sonra öz rəftarını dəyişib və vasitəçilik müharibəsi, həmçinin terrorçu və təkfirçi qrupların silahlandırılmaları, himayə edilmələri və onlara təlim verilməsi siyasətini yeridir.
Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi vurğulayıb: Qolan yüksəklikləri Suriyanın ərazi bütövlüyü və suverenliyinin ayrılmaz hissəsidir və Tramp hökumətinin hərəkəti region olaylarının daha da mürəkkəbləşməsinə və regionun məzlum xalqlarında daha artıq nifrət, hiddət və əzabın yaranmasına səbəb olacaq.
  • Yazılıb
  • da (də) 2019 Mar 25
  • Göndərən مدير سايت Aran News
Açar sözlər