İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katbinin İrana qarşı ədavətli sözlərinə cavab olaraq deyib: Həssas Yaxın Şərq regionunda özünün nəhs məqsədlərinin reallaşmasında uğursuz qalmış Amerika hökuməti çarəsizlikdən başqalarını hədələməyə üz tutubdur.
Aran Agentiliyi: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katbinin İrana qarşı ədavətli sözlərinə cavab olaraq deyib: Həssas Yaxın Şərq regionunda özünün nəhs məqsədlərinin reallaşmasında uğursuz qalmış Amerika hökuməti çarəsizlikdən başqalarını hədələməyə üz tutubdur.
Bəhram Qasemi deyib: ABŞ-ın dövlət katbi Mayk Pompeonun Beyrutda İrana və Livan Hizbullahına qarşı diplomatik etikadan uzaq, müdaxilə mahiyyətli və təhrikedici sözləri bir daha Amerikanın digər azad və müstəqil ölkələr və dünyanın azadlıqsevər xalqları qarşısındakı qəyyumluq rəftarı və mahiyyətini üzə çıxardı.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu kimi mövqelər və ifadələrin bir tərəfdən, Amerikanın Yaxın Şərq bölgəsindəki təxribatçı və hegemonçuluq planları və siyasətlərindən qaynaqlandığını, digər tərəfdən də bu ölkənin məntiqsiz hökmranlarının xüsusən Livan hökumətinin təşkilindən sonra bu ölkədəki xalq birliyindən, həmçinin sabitlik və asayişin bərqərarından həddən artıq əsəbi və narazı olduqlarını göstərir.
ABŞ-ın dövlət katbi Mayk Pompeo son zamanlar Livana səfəri zamanı bir daha Livana və İrana qarşı müdaxilə mahiyyətli və ədavətli bir addımda iddia etdi ki, Livan Hizbullahı bir terror təşkilatıdır. O, Livan hökumətindən istədi ki, İrandan və Livan Hizbullahından uzaq dursun.
Bu müdaxilə mahiyyətli və ədavətli sözlər sonda livanlıların aydın və qətiyyətli mövqerləri ilə üzləşərək, zərərsizləşdirildi.