Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.
  Aran Agentiliyi:  Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.
 Bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbədən məlumat daxil olub.
 “Görüş həmsədrlərin vasitəçiliyi ilə martın 29-da Vyanada baş tuta bilər” - deyə mənbə məlumat verib.
 Xatırladaq ki, Minsk Qrupunun regiona son səfəri zamanı rəsmi Bakı və Yerevan ikitərəfli görüşə razılıq vermişdi.