Tarix : 2019 Mar 27
Kod 57878

İnqilab Rəhbəri Şirazdakı sel hadisəsi ilə bağlı müraciət veriblər

Şiraz şəhərindəki dağıdıcı sel hadisəsinin ardınca İslam İnqilabının Böyük Rəhbəri bu şəhərin imamcüməsinə müraciətdə kədərli əhaliyə başsağlığı verərək, hadisədən zərər çəkənlərə yardım məsələsində ciddiliyə və sürətə təkid ediblər.
Aran Agentiliyi:   İslam İnqilabının Böyük Rəhbərinin Şirazın imamcüməsi höccətulislam Lotfollah Dejkama müraciətlərində deyilir: Bayram günlərində əziz əhalidən bir qrup insanın həyatını itirməsi və ailələrin kədərlənmələri, eləcə də bir qrup insanın yaralanması, həmçinin şəhərdə dağıntılar və xəsarətlər ilə nəticələnən Şirazdakı dağıdıcı sel kimi təəssürləndirici hadisə məni kədərləndirdi. Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Münasibdir ki, Şirazın imamcüməsi höccətulislam Dejkam mənim salamım və başsağlığımı müsibət çəkmiş ailələrə və bu hadisədə yaralananlara çatdıraraq, əhaliyə yardım, həmçinin xəsarətlər, müsibətlər və kədərin aradan götürülməsi sahəsində dövlət rəsmiləri ilə həmkarlıq etsin. Hamını öz vəzifəsinin icrasında sürət və ciddiliyə tövsiyə edin.
Son məlumatlara görə, dünən Şirazda baş vermiş daşqın nəticəsində 19 nəfər ölüb, 105 nəfər də yaralanıbdır.
  • Yazılıb
  • da (də) 2019 Mar 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər