Yəmən Milli Qurtuluş dövləti Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb: “Yəmən qüvvələrinin balistik raketləri Riyad və Abu-Dabini vurmağa qadirdir.”
Aran Agentiliyi: Yəhya Səri Milli Qurtuluş dövlətinin dəfələrlə sülh əldə edilməsi istiqamətində təlaşlar etməsinə toxunaraq deyib: “Ərəbistan koalisiyası qüvvələrinin təcavüzü davam edərsə, hərbi variantlardan istifadə etməkdən başqa bir yolumuz qalmır.”
Almaniya xəbər agentliyinə açıqlama verən MN-nin mətbuat katibi əlavə edib: “Yəmən qüvvələrinin balistik raketləri Riyad və Abu-Dabini vurmağa qadirdir.
Yəmən qüvvələrinin hərbi müdafiə hərəkətləri qanuni məqsədlər çərçivəsindədir və balistik raketlərin istehsalının genişlənməsi də bu istiqamətdədir.
Təcavüz qarşısında özümüzü müdafiə etməyə haqlıyıq. Bizim hərkətlərimiz ədalətlidir. Ölkə yadların hücumuna, işğalına məruz qalırsa, müqavimətdən və ölkəni müdafiə etməkdən başqa bir çıxış yolu qalmır. Yəmənin tarixi də bu mövzunu təsdiq edir. Məntiq, ağıl, bütün ictimai və beynəlxalq qanunlar, səmavi dinlər də hər bir xalqın özünü müdafiə etmək haqqını təsdiq edir.”
Yəhya Səri Yəmən raket və silahlarının təkcə bu ölkəyə təcavüz edənlərə qarşı işləndiyinə işarə edərək deyib: “Silahlı qüvvələr öz müdafiə vəzifələrinin icrası istiqamətində heç bir zəruri qərar verməkdən çəkinməyəcək. Döyüş davam edir və təcavüzkar koalisiya həqiqi barış istəsə, biz də buna razı olacağıq. Sözsüz, sülh bizim üçün bir prinsipdir və xalqımızın canının qorunması deməkdir. Xalqın istəkləri və milli hakimiyyət qorunmalıdır.”
General Yəhya Səri təcavüzkar koalisiyanın ötən 4 ildə Yəmən xalqına vurduğu ziyanlara da işarə edərək deyib ki, bu dörd il ərzində 40 min yəmənli həlak olub və yaralanıb, hətta yaşayış məntəqələri, toplantılar, əhalinin şadlıq və matəm mərasimləri bombalanmaqdan amanda qalmayıb. Bunun nümunəsi kimi 2016-cı ildə Əs-Salətul-kubranın bombalanmasını göstərmək olar. Bunlardan əlavə, dinc əhaliyə qarşı cinayətlər, yəmənlilərin həyatı ilə bağlı olan bütün infrastrukturların dağıdılması kimi hadisələr baş vermişdir. Yəmənin əksər məntəqələri hava hücumlarına məruz qalıb. Ərəbistan koalisiyası Yəmən üzərində 500 mindən çox hava hücumu həyata keçirib.
Y. Səri “istefa verərək qaçmış Mənsur Hadi dövlətinin İranın Ənsarullah qüvvələrinə hərbi dəstək verdiyini iddia etməsi” ilə bağlı sualın cavabında deyib: “Bu sözləri çox eşitmişik. Bunlar Yəmən xalqı əleyhinə təcavüzə don geyindirmək üçün bəhanədən başqa bir şey deyildir.”
Əl-Hudəydədə atəşkəs barədə danışan mətbuat katibi deyib: “Sülh bizim əsas variantımızdır. İsveçdə əldə olunan razılaşmadan sonra Milli Qurtuluş dövləti razılaşmanın maddələrinə əməl olunmasına dair göstəriş verdi. Hətta saziş imzalandıqdan sonrakı ilk günlərdə biz bunu birtərəfli olaraq icra etdik.
Biz atəşkəsə əməl edirik və İsveç sazişinin məsuliyyətini qəbul etməkdə dözüm göstərdik ki, sülhün həyata keçməsi üçün ciddiliyimizi sübut edək.”
General Yəhya Səri Əl-Hudəydə əyalətində yenidən döyüşlərin başlaya biləcəyi barədə deyib: “Təəssüflər olsun ki, təcavükar koalisiyanın hərəkətləri və öz qüvvələrini gücləndirməsi onların şiddətli hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu göstərir. Belə bir vəziyyətdə biz mümkün hücuma qarşı hazır olmalıyıq.”
Yəmən Milli Qurtuluş dövləti MN-nin mətbuat katibi 18 dekabrdan 21 martadək istefa vermiş dövlət və Ərəbistan koalisiyası qüvvələrinin 13734 dəfə atəşkəsi pozmalarına da işarə edərək deyib ki, bu hərəkətlər onların İsveç razılaşmasına əməl etmək istəmədiyini göstərir. Onların bu hücumları artıq razılaşmanı tamamilə məhv etmək üzrədir. Bizim qüvvələrimiz də düşmənin bu hücumlarına cavab verməyə məcbur olub və uyğun müdafiə addımları atıb.