Aran Agentiliyi: Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında görüş anı çox yaxındır. Bu barədə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan martın 29-da Vyanada Əliyev-Paşinyan görüşü haqqında məlumatları şərh edərkən bildirib.
Mnatsakanyanın sözlərinə görə, tərəflər arasında bu və ya digər görüş qarşılıqlı olaraq razılaşdırıldıqdan sonra onun haqqında məlumat vermək barədə razılaşma var.
"Görüş anı çox yaxındır. Amma biz bir-birimizə hörmət etməliyik. Ermənistan da, Azərbaycan tərəfi də, həmsədrlər də görüşü sinxron şəkildə elan edəcək", deyə Sputnik Armena nazirdən sitat gətirir.
Qeyd edək ki, rəsmi Bakı indiyədək Vyanada keçiriləcək görüşlə bağlı şərh verməyib.