Tarix : 2019 Mar 29
Kod 57884

Gürcüstanda anti-korrupsiya əməliyyatı: Azərbaycanlı bələdiyyə üzvü saxlanıldı

Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb

AranNews-"Report"a istinadən xəbər verir ki, Gürcüstanın Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb.“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları R.Əsgərovun evində axtarış aparırlar.R.Əsgərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. O, Marneuli sakrebulosunun binası yaxınlığında saxlanılıb.

  • Yazılıb
  • da (də) 2019 Mar 29
  • Göndərən مدير سايت Aran News