Tarix : 2019 Mar 29
Kod 57886

İlqar Məmmədovun cəzası ləğv edildi

Ali Məhkəmədə REAL Partiyasının sədri İlqar Məmmədovun barəsində Şəki Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb.

Arannews-Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, İ. Məmmədovun şərti cəzası 5 il 6 ay 9 günə endirilib və bu müddət çəkilmiş hesab olunub.Qeyd edək ki, ötən ilin avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində hakim İ. Məmmədov azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənib. Xatırladaq ki, İ. Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Şəki Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.

  • Yazılıb
  • da (də) 2019 Mar 29
  • Göndərən مدير سايت Aran News