Arannews-İslamazeri.com xəbər verir ki, mövzu haqqında açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya rəhbərliyinin Benyamin Netanyahunun iddia etdiyi Suriya böhranının həlli proqramı haqqında heç bir məlumatı olmadığını bildirib.Netanyahunun Rusiya səfəri zamanı Rusiya Prezidenti Putinə bu başlıq altında bir proqram təqdim etdiyi və həmin məsələni ABŞ Prezidenti Donald Trampı da məlumatlandırdığı istiqamətindəki iddiasına cavab verən Peskov Netanyahunun fevral ayında Rusiyaya səfəri zamanı belə bir proqramın gündəmə gəlmədiyini və buna görə Netanyahunun bu iddiasını təsdiq edə bilməyəcəyini vurğulayıb.