Tarix : 2019 Mar 31
Kod 57894

Rusiyadan Netanyahunun iddiasına TƏKZİB

Moskva rəhbərliyi İsrail Baş naziri Benyamin Netanyahunun Rusiya ilə birlikdə Suriya böhranını həll etmək üçün birgə proqram inkişaf etdirdikləri iddiasını rədd edib.

Arannews-İslamazeri.com xəbər verir ki, mövzu haqqında açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya rəhbərliyinin Benyamin Netanyahunun iddia etdiyi Suriya böhranının həlli proqramı haqqında heç bir məlumatı olmadığını bildirib.Netanyahunun Rusiya səfəri zamanı Rusiya Prezidenti Putinə bu başlıq altında bir proqram təqdim etdiyi və həmin məsələni ABŞ Prezidenti Donald Trampı da məlumatlandırdığı istiqamətindəki iddiasına cavab verən Peskov Netanyahunun fevral ayında Rusiyaya səfəri zamanı belə bir proqramın gündəmə gəlmədiyini və buna görə Netanyahunun bu iddiasını təsdiq edə bilməyəcəyini vurğulayıb.
  • Yazılıb
  • da (də) 2019 Mar 31
  • Göndərən مدير سايت Aran News