Xəbər Lenti

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətindən 27 il ötür

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir

Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Arxiv Print RSS
 
Tarix : 2019 Apr 05     |     Kod : 57902

Azərbaycanda islamçı siyasi məhbusların vəziyyətinin araşdırılması istiqamətində insan haqları elmi konfransı

SSRİ dövründə əzab-əziyyətlərə dözərək öz dini kimliyini qoruyan bir xalq, müstəqillikdən sonra da mütləq bunun qorumasını gözləyir, ölkəsinin gələcəyini daha möhkəm və azad dini kimlik əsasında görmək istəyir.

AranNews - Azərbaycan Respublikasında islamçı siyasi məhbusların vəziyyətinin araşdırılması istiqamətində insan haqları elmi konfransında çıxış edən doktor Mütəfəkkirazad deyib: “Azərbaycan Respublikasında islamçı siyasi məhbusların vəziyyətinin araşdırılması üçün insan haqları konfransı təşkil olunmuşdur ki, bu konfrans vasitəsilə Azərbaycanda mövcud məsələlərin reallıqları, dərinliyi və müxtəlif aspektləri araşdırılsın. Amerika və Avropa ölkələri insan haqları təşkilatlarının Azərbaycanda sözügedən məsələyə həssaslıqla yanaşdığı bir vaxtda dil, etnik və mədəniyyət yaxınlıqları, habelə Azərbaycan Respublikasının cəmiyyət baxımından dünyanın ikinci şiə ölkəsi hesab olunmasına diqqət etməklə, bizim ölkəmizin bu mövzuya əhəmiyyət verməsinin zəruriliyini neçə qat artırır. Başqa sözlə, ümumi məkanlarda hicabdan istifadə etmək, dini ibadətləri yerinə yetirmək kimi azadlıqlar Azərbaycan xalqının əsas hüquqları sayılır və bu tələblərin qeyri-qanuni olduğunu demək olmaz. SSRİ dövründə əzab-əziyyətlərə dözərək öz dini kimliyini qoruyan bir xalq, müstəqillikdən sonra da mütləq bunun qorumasını gözləyir, ölkəsinin gələcəyini daha möhkəm və azad dini kimlik əsasında görmək istəyir.Bu ölkədə qərbyönümlü məhbuslar qərbə müsbət baxışlarına görə qərb dövlətləri və təşkilatları tərəfindən bərk dəstəklənir. Amma islamçı siyasi məhbusların baxışları qərb dövlətlərinin siyasətləri ilə təzadlı olduğundan diqqətdən kənarda qalıblar. Qeyd olunan məsələ bizim bu mövzuya diqqət yetirməyimizin vacibliyini artırır. Ümid edirik ki, bu konfransda islamçı siyasi məhbuslara çıxarılmış hökm, onlara qarşı davranışlar elmi və sənədli şəkildə araşdırılmağa səy olunacaq. Habelə ümid edirik ki, bu konfrans İran və Azərbaycan arasında yaxşı münasibətlərin qorunması ilə bu əzizlərin problemlərinin həlli istiqamətində müsbət addım atacaq və iki ölkə münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olacaq.”Konfransın davamında Hacınuri çıxış edərək deyib: “İnsan haqları dialoqu bu gün humanist fikirlər arasında mövcuddur və dinlər arasında da əvvəldən olmuşdur. İnsan haqları məsələsi din dairəsindən xaric olduqda fitri bir haqlara söykənir. Amma humanizm məktəblərinin təfəkkürləri insan haqları barədə fərqlidir. Onlar cinsi yaxınlıq azadlığı, insan fitrəti ilə uyğun gəlməyən davranışlar kimi bir sıra məsələləri ona artırmağa səy edirlər. Ona görə də insan haqlarından söz açdıqda ya insan fitrətinə söykənən islami insan haqlarından, ya da insan əqli və təfəkkürünə söykənən insan haqlarından söhbət gedir.Əlbəttə, biz bu konfransda mövzunu BMT, Avropa Birliyi və ya müstəqil beynəlxalq təşkilatların təkid etdiyi sənədlər əsasında araşdıracağıq. Konfransda ortaya qoyulan mövzular Avropa Birliyi və Amerika hüquq mərkəzləri , habelə Avropanın beynəlxalq səviyyədə mötəbər olan müstəqil hüquq təşkilatlarının hesabat və məruzələriəsasındadır.AzərbaycanRespublikasının Konstitusiyası humanitar baxışla hazırlanmışdır və təəssüf olsun ki, bu Konstitusiyada din nəzərə alınmamışdır. Halbuki, bütün beynəlxalq təşkilatlar din və məzhəb azadlığına təkid edir. Həmin beynəlxalq təşkilatlar dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikası dövləti hökm çıxarmaqda şəffaf və aydın mövzusu yoxdur, məhkəmə qanun və hökmləri adətən ümumi şəkildə nəzərdə tutulur. Məsələn, sizin davranışınızın milli maraqla zidd olması ümumi bir hökmdür. Bu hökmlər aydın şəkildə tərif olunmalı, sonra şəffaflığa söykənərək müttəhimlər əleyhinə hökm çıxarılmalıdır.Konfransın davamında çıxarılmış hökmlərin nümunələrinə baxacağıq və göstərəcəyik ki, hətta humanist məktəblərdə mövcud təfəkkürdə də bu hökmlərə riayət olunmur. İstinad edəcəyimiz sənədlər 1977-ci ildən bu zəminədə fəaliyyət göstərən Helsinki İnsan Hüquqları Komitəsinə (NHC) aiddir. Avropa Birliyi insan haqları təşkilatları tərəfindən hazırlanan hesabatlar bu həqiqəti üzə çıxarır ki, hətta avropalılar belə məhkəmə məhkumlarının dosyelərinə daxil ola bilməzlər. Avropa təşkilatlarının insan haqları məsələlərində Azərbaycan qarşısında geri çəkilməsinin səbəblərindən biri də bu ölkənin neft resursları və avropalıların bu ölkənin neft sənayesində böyük investisiya qoymaları ola bilər.Burada belə bir sual ortaya çıxır ki, humanizm insan haqları və bəlkə İran əleyhinə də açıqlamalar vermiş təşkilatların hesabatlarına əsaslanaraq təhlil və araşdırmalar aparmağımız Azərbaycan dövlətinin əlinə bəhanə vermirmi? İran əleyhinə dəfələrlə məruzələr etmiş təşkilatların hesabatlarından istifadə etməyimiz düzgündürmü? Aydındır ki, əgər bu təşkilatların təbii fəaliyyət prosesi faktlar əsasında olsa və onu bizim Xarici İşlər Nazirliyimizə təhvil versə, təqdim olunmuş bu hesabatlar ortaq iclaslarda araşdırılar onun düzgün, yaxud həqiqətə uyğun olmaması barədə danışıqlar aparılar. Necə ki, dəfələrlə bu kimi işlər görülmüşdür. BMT-nin hesabatına görə, Amerikada baş tutan edamlar bütün dünyada baş tutan edamların sayı qədərdir. Hazırda Amerikanın həbsxanalarında olan məhbusların sayı bütün dünyada olan məhbusların sayı qədərdir. Biz baxışların növünə görə öz qanunlarımızı poza bilmərik. Amma bu qanunlar şəffaf olmalıdır. Daha bir sürücünün avtomobilinin sandıqçasından bir bıçaq tapılmasına görə siyasi və etiqadi müttəhimə qarşı narkotok daşıyıcısı kimi hökm çıxarılmamalıdır.Əlbəttə, bu mövzuda “Human Rights Watch”-ın hesabatına istinad edilməyəcək. Bunun səbəbi səudiyyəlilərin və sionistlərin bu təşkilata nüfuz etmələri haqda dolaşan söz-söhbətlərdir. Müstəqil qurumların çoxunun Səudiyyə Ərəbistanında hakim rejimi diktatorluq hökuməti kimi tanıdığı halda “Human Rights Watch” buna heç bir münasibət bildirməyib. Bizim fikrimizcə, insan haqlarını müdafiə etdiyini iddia edən təşkilatlara insan haqları barədə heç bir xətaya yol verməmiş kəslər rəhbərlik etməlidir. Ona görə də etiraz olaraq bu təşkilatın hesabatına istinad etməyəcəyik.İctimai azadlığı dini və etiqadi azadlıqdan ayrı bilmirik. Məscid kimi müqəddəs məkanlarda dini ibadətlərin yerinə yetirilməsini qadağan etmək və ya bu əməllərə görə onları etiqadi təftiş altında qoymaq özü söz və ictimai azadlıqları pozmaqdır. Bu gün Azərbaycan Respublikasında baş verənlər –və hesabatlarda da ona təkid olunmuşdur– dini məkanları tətil etməkdir. Dini məkanların bağlanması bəzən birbaşa dövlət tərəfindən, bəzən fəaliyyətin növünün qeydə alınması kimi bəhanələr, bəzən də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məhdudiyyətlərin yaradılması ilə baş tutur. Belə ki, fərdi evlərdə ibadətlərin yerinə yetirilməsi 5 nəfərdən çox cəmiyyət üçün yasaq edilmişdir. Məsciddən qıraqda camaat namazının təşkil olunması “camaatın etirazına səbəb olur” kimi bəhanələrlə qadağan olunur, halbuki yuxarıda adı keçən təşkilatların heç biri öz hesabatlarında buna qarşı xalq etirazını qeyd etməmişdir. Ona görə də bu yasağın özü insan haqlarını pozmağın bir nümunəsi sayılır. Digər bir nümunə isə müxtəlif şəhərlərdə Aşura mərasiminin keçirilməsinə maneçilik yaradılmasıdır.Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda insan haqlarının pozulması barədə geniş yer almış nümunələrdən biri də Hacı Tale Bağırovun həbs edilməsidir. Çünki o, hökumətin məscidlərin daxili işlərində müdaxilə etməsini və onda iştirak etməsini tənqid etmişdi. Daha maraqlı və təəssüflü məsələ budur ki, Hacı Tale Bağırovu şəhərin bir yerindən başqa bir yerinə aparan taksi sürücüsünə 19 il həbs cəzası kəsilmişdir.abelə, beynəlxalq təşkilatların təqdim etdiyi hesabatlara görə, bu ölkədə islamçı siyasi məhbusların çoxu öz əqidələrinə görə həbs edilmişdir.





Yazılıb da (də)   2019 Apr 05  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap