Tarix : 2019 Apr 06
Kod 57913

Suriya ordusu terrorçuların mövqelərini darmadağın etdi

Suriya ordusunun terrorçuların mövqelərinə qarşı keçirdiyi əməliyyatlarda xeyli sayda terrorçu öldürülüb və yaralanıb. SANA

Arannews-Suriyanın ordu qüvvələri İdlibdə terror qruplarının gərginliyi azaltma müqaviləsini pozmalarına cavab olaraq İdlib ətrafındakı Zaviyə dağı yüksəkliklərində yerləşən terrorçu qrupların mövqelərini atəşə tutub, terrorçular maşın və sursatları ilə birlikdə zərərsizləşdirilib. Digər tərəfdən, ordu birliklərinin İdlib ətrafındakı Ariha bölgəsində yerləşən Bsankul kəndi yaxınlığındakı Nusra Cəbhəsi terror təşkilatına aid yuvaları dəqiq əməliyyatlarla hədəfə alaraq, darmadağın edib. Ordu birlikləri həmçinin İdlib şəhərinin 30 km cənub-qərbində yerləşən Əyyub Peyğəmbər (ə) yüksəkliyi oxundan hücum etməyə çalışan bir terror qrupunu müəyyən edib, onları intensiv atəşə tutub və terrorçuları maşınlarıyla birlikdə zərərsizləşdiriblər.

  • Yazılıb
  • da (də) 2019 Apr 06
  • Göndərən مدير سايت Aran News