Tarix : 2019 Apr 07
Kod 57915

Ərdoğan Amerikanı tənqid edib

Türkiyə prezidenti Rusiyadan raket müdafiə sistemi satın almasına görə, ABŞ-ın vitse-prezidentinin Ankaranı NATO-dan çıxarmaqla hədələməsini tənqid edib.

Arannews-Rəcəb Tayyıp Ərdoğan dünən Rusiyadan S-400 raket müdafiə sistemi satın almasına görə, Mayk Pensin Türkiyəyə qarşı söylədiyi sözlərə reaksiyada deyib ki, bu sözlər böyük bir səhv idi.Türkiyə prezidenti Türkiyə-Rusiya Ali Strateji Şurasının qarşıdakı iclasına işarə edərək, əlavə edib ki, S-400 raket müdafiə sisteminin satın alınması bu iclasın mühüm mövzularındandır.Mayk Pens Vaşinqtonda NATO-nun qurulmasının 70-ci ildönümü mərasimində Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınmasına israr etdiyinə görə, Ankaraya xəbərdarlıq edib və deyib ki, Türkiyə NATO-da qalmaqla S-400-ü satın almaqdan birini seçməlidir.Belə bir halda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda NATO ölkələrinin xarici işlər nazirləri iclasının kənarında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması qətiləşib və ləğv oluna bilməz.Digər tərəfdən, Türkiyənin müdafiə naziri Hulusi Akar dünən F-35 amerikan qırıcılarının satın alınması proqramı barədə belə deyib: Ankara öz hüquqlarına çatanadək bu sahədəki danışıqları davam etdirəcək.

  • Yazılıb
  • da (də) 2019 Apr 07
  • Göndərən مدير سايت Aran News