Tarix : 2019 Apr 07
Kod 57916

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Aprelin 5-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 27 cinayətin üstü açılıb.

َArannews-FaktXəbər-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ötən gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.   Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2019 Apr 07
  • Göndərən مدير سايت Aran News