Tarix : 2019 Apr 08
Kod 57918

Azərbaycan dövlətindən islamçı məhbusları azad etməsini istəyirik-Foto

İmam Musa Kazimin (ə) şəhadəti günü Təbrizdə Azərbaycan Respublikası islamçı məhbusları ilə həmrəylik mərasimi keçirilib.

AranNews – Təbrizin “Həzrət Əbəlfəzl (ə)” məscidində keçirilən həmrəylik mərasiminin xətibi hövzə və universitet ustadı höccətül-islam Müctəba Nəzəri İmam Musa Kazimin (ə) həyatı və fəzilətlərindən danışıb, Azərbaycan dövlətindən islamçı məhbusları azad etməsini istəyib.Höccətül-islam Nəzəri Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikası prezidenti ilə görüşdəki tövsiyələrinə toxunaraq deyib: “İran və İraq kimi Azərbaycan Respublikası cəmiyyətinin də çoxunu Əhli-beyt (ə) məktəbinin davamçıları təşkil edir. Azərbaycan dövləti bu faydalı fürsətin qədrini bilməli, şiələrin möhtəşəm dini mərasimlər keçirməsinə imkan yaratmalıdır. Çünki bu məsələ Azərbaycan Respublukası və onun xalqının dini kimliyini möhkəmləndirir.”Xətib Ali Məqamlı Rəhbərin və İranda dini fəalların işğal edilmiş Qarabağ ərazilərinin Azərbaycan Respublikasına aid olması barədə mövqeinə işarə edərək deyib: “Qarabağ məsələsində Azərbaycan dövlətinin mövqeini dəstəklədiyimiz kimi bu dövlətdən istəyirik ki, bu dost və qardaş ölkədə islamçı məhbusları azad etməklə İran və Azərbaycanın dini fəallarının daha artıq dəstəyinə nail olsun.”Höccətül-islam Nəzəri sonda deyib: “Bir daha Ali Məqamlı Rəhbərin mövqeini xatırladıram ki, İran və Azərbaycan arasında yaxın və qardaş münasibətləri istəməyənlər vardır. Onların vəsvəsə və təxribatçı hərəkətlərinin qarşısında dayanmaq, daha artıq maraq və iradə ilə bütün sahələrdə münasibət və əməkdaşlıqları genişləndirmək lazımdır.”

















  • Yazılıb
  • da (də) 2019 Apr 08
  • Göndərən مدير سايت Aran News