Xəbər Lenti

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakı Ərəbistan və Amerikanın yeni nüfuzu qarşısında ehtiyatlı olmalıdır

İmamın (ə.f) qeybinin 8 səbəbi

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Türkiyə ordusu 2 şəhid verdi

İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri

Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı

Milli Şura yenə mitinq qərarı verib

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Lavrov: "Bakı və Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

İranlı nazir Bakıya gəlir

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Daha bir qrup siyasi məhbus azadlığa çıxır

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Mübariz Qurbanlı: "Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır"

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

Cinayət örətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Elçin Quliyev Ermənistanla sərhəddə

Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Zərif Bəşşar Əsədlə görüşüb

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Daha bir reper həbs olundu - DİN-dən açıqlama

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Qarabağ komitəsi mitinqin vaxtını dəyişdirib

Ermənilər kəndlərimizi atəşə tutdu

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Arxiv
 
Tarix : 2019 apr 07     |     Kod : 57919

MÜQƏDDƏS ŞABAN AYININ GÜNDƏLIK ƏMƏLLƏRI

Əziz islam Peyğəmbəri (s) buyurur: "Şəban mənim ayımdır". Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Bu ayın ən yaxşı dua və zikrləri "istiğfar"dır.

Arannews-1. Hər gün aşağıdakı zikri 70 dəfə demək: "Əstəğfirullahə və əsəluhut-təubə" 
2. Bu ayın ən yaxşı dua və zikrləri "istiğfar"dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.3. Bütün ay boyu 1000 dəfə "Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun" – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində "Həmd"dən sonra 100 dəfə "İxlas" surəsi, salamdan sonra isə 100 dəfə "salavat" deyilməlidir. Bu namazı qılan şəxsin Allah-taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər. Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.5. Bu ayda çoxlu salavat göndərmək. Şəban ayının ilk gecəsi Bu gecənin namazı on iki rəkətdir. Onun hər rəkətində "Həmd"dən sonra on bir dəfə "İxlas" surəsi deyilməlidir. Şəban ayının birinci günü Allahın Rəsulu (s) buyurub: "Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə "Həmd"dən sonra 11 dəfə "İxlas" surəsi deyilməlidir) çoxlu savabı vardır".Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq(ə) buyurmuşdur: "Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar".əban ayının on beşinci gecəsi Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.3. İmam Hüseyn (ə)-ın ziyarəti: Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin (ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar. O Həzrəti (ə) ziyarət etmək üçün dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti (ə) ziyarət etmək lazımdır: "Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh". Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz. İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.4. Zaval vaxtı oxunan salavatı oxumaq.5. Kumeyl duasını oxumaq.6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək: "Subhənəllah", "Əlhəmdulilləh", "Əllahu əkbər", "Lə iləhə illəllah".7. Cəfər Təyyarın namazını qılmaq.Cənab Cəfər Təyyarın (ə) namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər (s) Cəfər Təyyara (ə) öyrətmişdir. "Cəfər Təyyar" namazının qılınma qaydası: Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra "Zəlzələ" surəsi, 2-ci rəkətində Həmddən sonra "Adiyat" surəsi, 3-ci rəkətində Həmddən sonra "Nəsr" surəsi, 4-cü rəkətində isə Həmddən sonra "İxlas" surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur. Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün "Məfatihul-Cinan" kitabına müraciət edə bilərsiniz. Şəban ayının on beşinci günü Bu gün on ikinci imamın, mövlamız Həzrət Höccət Sahibəz-Zamanın (ə.f) mövlud günüdür. O Həzrəti (ə.f) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti (ə.f) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.

www.Ahlibeyt.ge


Açar sözlər : 

Yazılıb da (də)   2019 apr 07  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin