Tarix : 2019 Apr 10
Kod 57937

Azərbaycanda 5 məhbus xəstəlikdən dünyasını dəyişdi

Bakıda 5 məhkum həbsdə ölüb.
Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.Son günlər orada saxlanılan bir neçə məhkum xəstəlikdən dünyasını dəyişib.Dünyasını dəyişən məhbuslar – 1970-ci il təvəllüdlü Rövşən Alışan oğlu Hüseynov, 1956-cı il təvəllüdlü Elbrus Osman oğlu Qaçayev, 1987-ci il təvəllüdlü Rəhman Ramiz oğlu Həsənov, 1978-ci il təvəllüdlü Şahin Malik oğlu Hüseynov və 1965-ci il təvəllüdlü Telman Şamil oğlu Əliyevdir. (ONA)

  • Yazılıb
  • da (də) 2019 Apr 10
  • Göndərən مدير سايت Aran News