Tarix : 2019 Apr 10
Kod 57939

İranlı deputatlardan ABŞ-ın qərarına maraqlı reaksiya

İran İslami Şura Məclisi millət vəkilləri ABŞ-ın Sipahi Ordusunu terror təşkilatları siyahısına əlavə etməsinə maraqlı bir hərəkətlə reaksiya göstərib.
Arannews-İslamazeri.com xəbər verir ki, İranlı deputatlar çərşənbə axşamı günü məclis baş assambleyasının iclasına gələndə maraqlı bir hərəkətlə ABŞ-a reaksiyalarını göstərib.İslami Şura Məclisi millət vəkilləri rəmzi bir hərəkətə imza atıblar.Millət vəkilləri Sipahi Ordusu paltarlarını geyinərək baş assambleyanın sessiyasında iştirak edib. Deputatlar baş assambleyanın sessiyasının açılışında həmçinin "Rədd olsun Amerika" şüarı səsləndirib.
  • Yazılıb
  • da (də) 2019 Apr 10
  • Göndərən مدير سايت Aran News