Tarix : 2019 Apr 10
Kod 57943

Ramin Hacılı azadlığa buraxılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı azadlığa buraxılıb.

Arannews-Bu barədə R.Hacılının özü sosial şəbəkədə məlumat paylaşıb.O, fotosunu paylaşaraq azadlıqda olduğunu qeyd edib.Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb. 


  • Yazılıb
  • da (də) 2019 Apr 10
  • Göndərən مدير سايت Aran News