Tarix : 2019 Apr 12
Kod 57950

Azərbaycan FHN nümayəndələri İrana humanitar yardımı çatdırıblar

Azərbaycanın İranda daşqından əziyyət çəkənlərə göndərdiyi humanitar yardım bu gün FHN tərəfindən Rəşt şəhərinə çatdırılıb.

Arannews-Humanitar yardım İranın Qızıl Aypara Cəmiyyətinin anbarlarına təhvil verilib.Azərbaycan rəhbərliyi İrana 1 mln. manat məbləğində humanitar yardım göstərilməsi barədə sərəncam verib.İranın 25 əyalətində daşqın baş verib. Ən miqyaslı təbii fəlakət ölkənin cənubunda Şiraz şəhərində baş verib. 19 nəfər həlak olub, 119 nəfər xəsarət alıb. 

 
  • Yazılıb
  • da (də) 2019 Apr 12
  • Göndərən مدير سايت Aran News