Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.
Arannews-Virtualaz.org -a istinadən bildirir ki, Ermənistan ordusu işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisi ilə yanaşı, rayonun Şahbulaq, Tərnöyüt və Kəngərli kəndləri ərazisində də hərbi təlimlər keçirir. Təlimlərə atıcı silahlarla bərabər artilleriya vasitələri və digər hərbi texnika da cəlb edilib.
Bildirilir ki, dünən axşam saatlarından eşidilən partlayış səsləri davam edir. Atılan mərmilər əsasən dağ massivlərinə və dağətəyi kəndlərə düşür