Tarix : 2019 Apr 13
Kod 57957

AXCP fəalı polis tərəfindən saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədov aprelin 12-də metronun "İnşaatçılar" stansiyası yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb.
Arannews-Şahidlərin verdiyi məlumata görə, Məmmədova fiziki təzyiq göstərilib. Onun saxlanılmasının səbəbi məlum deyil. Məmmədov limon satırdı, bu zaman polis digər kiçik düccarlara toxunmayıb.DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bu ilin yanvarında Məmmədov bloger Mehman Hüseynova təzyiqə etiraz əlaməti olaraq aclıq aksiyası keçirib.Fevralda o, polisə tabe olmama ittihamı ilə 15 gün həbs cəzası alıb.

 

  • Yazılıb
  • da (də) 2019 Apr 13
  • Göndərən مدير سايت Aran News