Xəbər Lenti

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakı Ərəbistan və Amerikanın yeni nüfuzu qarşısında ehtiyatlı olmalıdır

İmamın (ə.f) qeybinin 8 səbəbi

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Türkiyə ordusu 2 şəhid verdi

İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri

Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı

Milli Şura yenə mitinq qərarı verib

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Lavrov: "Bakı və Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

İranlı nazir Bakıya gəlir

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Daha bir qrup siyasi məhbus azadlığa çıxır

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Mübariz Qurbanlı: "Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır"

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

Cinayət örətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Elçin Quliyev Ermənistanla sərhəddə

Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Zərif Bəşşar Əsədlə görüşüb

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Daha bir reper həbs olundu - DİN-dən açıqlama

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Qarabağ komitəsi mitinqin vaxtını dəyişdirib

Ermənilər kəndlərimizi atəşə tutdu

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Arxiv
 
Tarix : 2019 apr 13     |     Kod : 57959

Ən böyük məsuliyyət dövlətin rəhbər orqanlarının üzərinə düşür

Bağışlayan və mehriban Allahın adı ilə

َArannews-Azərbaycan xalqı sağlam və aydın keçmişə, zəngin tarixə malikdir. Çətin və ağır mərhələlərdən keçmiş bu səhnədə xalqımızı, onun milli mənliyini, fərdi və ictimai əxlaqi şüurunu qoruyan ən mühüm amil dinimiz və Allaha bağlılığımız olmuşdur. Despot və ateist sovet rejimi toplumun ictimai davranış keyfiyyətini yanlış istiqamətə yönəltsə də, yəni saxta kommunizm ideologiyası hər an təzim olunan bütə çevrilsə də, insanları fərd olaraq Allaha, İslam dininə yönəldən ağıl, hiss və iradəni qıra, dəyişə bilmədi. Amma sovet əxlaq kodeksi və normaları istər inzibati, istərsə də ixtiyari şəkildə cəmiyyətdə indiki neqativliklərə, mənəvi eybəcərliyə şəraitin yaranmasına yol vermirdi. Halbuki o zamanlar da buna cəhdlər az müşahidə olunmurdu. İnsanlarda, xüsusən gənclər arasında fəzilətdən çox qəbahətə meyllilik heç də milli mental dəyərlərdən irəli gələn məsələ deyil. Nə yaxşı ki, belə mənəvi çirkinlikləri Azərbaycan cəmiyyəti, müsəlman qövmü olaraq qınayır, qəbul etmir. Bəs görəsən ayrı-ayrı fərdlərin bu mənəvi deqredasiyaya məruz qalmasının səbəbi nədir? İlk növbədə cəmiyyətlə, ailələrlə birbaşa, vertikal aləmlə təmasda olan təbliğat vasitələrinin, təhsil müəssisələrinin, qida müəssisələri və ticarət obyektlərinin fəaliyyəti qanunvericiliklə təsbit olunmalıdır. Nəzarətin həyata keçirilməsindəki boşluqlar, bəzən isə yanlış və idbarlığa təhrikedici addımlara mane olmayan mürtəce qanun və qərarların qəbul edilməsi mənəvi aşınmanı azaltmaq əvəzinə daha da artırır. Cəmiyyəti ən çox narahat edən məsələ ölkə daxilində hər bir ailəyə açılan səhnə rolunda milli televiziya kanallarının mənəviyyatsız veriliş və şoular təqdim etməsi, müəllif və aparıcıların cəmiyyətin sosial-psixoloji, mənəvi baxımdan qeyri-sağlam, həmçinin intellektual səviyyəsi aşağı olan üzvlərinin milli-mənəvi, dini dəyərlərimizə zidd davranışlarıdır. Xalqımızın milli-mənəvi, dini dəyərlərini ziyalı və alimlər, həqiqi ruhanilər vasitəsilə deyil, bu cür tasadüfi və bəlkə də düşünülmüş şəkildə seçilən insanların kütləyə təqdim etməsi indikindən də artıq fəsadlar törədəcəyinə şübhə yeri qoymur. Hazırda keçmişlərindən geylər və geyparadlar qalan Avropa ölkələrində yaşayan insanlar ailələrini, gənclərini qorumaq üçün İslam dininə müraciət etdikləri halda, Azərbaycanımızda Avropanın keçmişinə qayıdış halları müşahidə olunur. Əxlaqsızlığın, intihar faktlarının kütləvi hal alması, orta təhsil ocaqlarına narkotikin yol tapması cəmiyyətdə baş verən və qarşısı alınmayan deqredasiyanın nəticəsi kimi qiymətləndirilməlidir. Məktəblərdə gənc qızlarımızın hicabına qoyulan süni qadağalar, hicablı xanımların işlə təminatındakı neqativ və yanlış yanaşmaların acı nəticələrini cəmiyyətimiz görür. Təəssüf ki, ictimai qiymətləndirməyə, xalqımızın mənəvi aşınmadan zamanında qurtuluşu üçün ən optimal təkliflərin, təbliğatların icra edilməsinə diqqətlə yanaşmamaq, bu istiqamətdə həqiqi səy göstərənlərin təcrid edilməsi cəmiyyətimizi daha ağır duruma - ümidsizliyə aparır. Nəhayət unutmaq olmaz ki, deyildiyi kimi, insan digər varlıqlardan, hətta mələklərdən fərqli olaraq ixtiyar sahibidir. Həm də axı insan həmişə icbarla yaşayan bir varlıq deyil. O, yaxşını da, pisi də, haqqı da, batili də, gözəlliyi də seçə bilir, eybəcərliyi də. Sadəcə seçimi onun özünə, onun ixtiyarına versən yetər. Amma insan bilməlidir ki, istər bu dünyada, istərsə də axirətdə bütün sorğu-suallar yalnız ona aiddir. Bu baxımdan ən böyük məsuliyyət və cavabdehlik ailə başçılarından tutmuş, dövlətin rəhbər orqanları və onların başında duranların, cəmiyyətin seçilmiş üzvlərinin, alim və ziyalıların, ruhani və din alimlərinin, dövlət xadimlərinin üzərinə düşür. Çünki cəmiyyətdə baş verən və kütləviləşən mənəvi aşınma hallarını ilk növbədə həmin insanlar müşahidə etməli, görməli və operativ addımlar atmalıdırlar. Amma təəssüf doğuran bir halı da qeyd etməliyəm. Bu yaxınlarda ölkənin aparıcı mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların dövlət başçısı və onun xanımı ilə görüşündə çoxsaylı təkliflər səsləndirildi. Həmin təkliflərin içərisində televiziyalarda, bir sıra başqa səhnələrdə, ümumən cəmiyyətdə baş verən mənfi əxlaqi keyfiyyətlərin, milli-mənəvi aşınmaların səbəbləri, aradan qaldırılması istiqamətində fikirlər eşidilmədi. Bütün bunlardan nəticə çıxarmağın, bir sıra vacib sahələrlə bağlı qanunvericilikdə qanunların təkcə Avropa konvensiyalarına deyil, xalqın mental dəyərlərinə istinadən qəbul edilməyin vaxtı çatmışdır.


Açar sözlər : 

Yazılıb da (də)   2019 apr 13  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin