Tarix : 2019 Apr 13
Kod 57961

“Dünya dini liderlərinin II Bakı sammiti” Bakıda keçiriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Arannews-İslaminSesi - Sərəncamda bildirilir ki, Azərbaycanda müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar.Sərəncama əsasən, “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:Təşkilat Komitəsinin sədriƏli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müaviniTəşkilat Komitəsinin üzvləriŞeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası  Əməkdaşlıq Mərkəzinin sədriZeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiriƏli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriEtibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

 

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

 

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Mübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

 

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

 

Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

 

Ramiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Siyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

 

Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədriRövşən Məmmədov - “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini 

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədriAleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuMilix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri

 

Salman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini

 

Vasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.

 

Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. (ONA)


  • Yazılıb
  • da (də) 2019 Apr 13
  • Göndərən مدير سايت Aran News