Tarix : 2019 Apr 13
Kod 57962

İraq Prezidenti İrana təşəkkür edib

İraq Prezidenti Bərhəm Saleh İran İslam Respublikasına İraqda İŞİD-lə terrorizmlə mübarizəyə dəstək verməsinə görə təşəkkür edib.
Arannews-İslamazeri.com xəbər verir ki, Bərhəm Saleh İran Səfiri İrej Məscidi ilə görüşüb.Görüşdə Saleh iki ölkənin birgə siyasi, sosial və mədəni məsələlərinə işarə edərək Bağdad rəhbərliyinin İran ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə böyük əhəmiyyət verdiyini ifadə edib.Saleh həmçinin Bağdad rəhbərliyinin İŞİD terror təşkilatı ilə mübarizədə İranın dəstəklərinə görə Tehrana təşəkkür etdiyini vurğulayıb.Prezident bir daha İraqın başqa ölkələrin mənafe toqquşması sahəsi olmayacağını, Bağdad rəhbərliyinin qonşularına zərər verəcək və ya gərginliyə yol açacaq hər cür hərəkətə qarşı çıxacağını ifadə edib.
  • Yazılıb
  • da (də) 2019 Apr 13
  • Göndərən مدير سايت Aran News