Tarix : 2019 Apr 14
Kod 57965

Hacı Şahin Həsənli TV-də yayımlanan "Haqqın Dərgahı" verlişindən niyə ayrıldı

İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə fəalı Yaşar Qarayev özünün facebook profilində bildirib

Arannews-İslamazeri.com xəbər verir ki,  məsələ ilə bağlı tanınmış jurnalist Kənan Rövşənoğlu "Dini sferada nə baş verir?" adlı təhlilində yer verib. O yazısında bu haqda "Dini sahədə daha bir müəmmalı gəlişmə dünən qeydə alındı. Məlum olduğu kimi, uzun illər QMİ-nin Elmi-Dini Şurasının sədri, professor Vasim Məmmədəliyevin apardığı AzTV-də yayımlanan “Haqqın Dərgahı” verilişi ilə bağlı oldu. Bu ilin 21 fevralından etibarən sözügedən veriliş ilahiyyatçı, QMİ-nin Nəsimi Rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli tərəfindən aparılmağa başladı. Lakin son verilişi başqa bir ilahiyyatçı, fəlsəfə doktoru və İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov apardı. Doğrudur, A.Şirinov həm də QMİ-nin əməkdaşıdır, lakin bu dəyişiklik birmənalı qarşılanmadı. Məsələ ilə bağlı AzTv ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq. Telekanalın ictimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov sualımızı öyrəndikdən sonra araşdırıb cavab verəcəyini desə də, daha sonra dəfələrlə cəhd etsək də onunla əlaqə qura bilmədik. Lakin telekanala yaxın olan mənbədən öyrəndik ki, verilişin müəllifinin dəyişdirilməsi təklifi AzTV-yə məxsus deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Xatırladaq ki, hazırda Dövlət Komitəsinin televiziya kanallarında iki verilişi mövcuddur. İctimai TV-də “Din və Cəmiyyət” verilişi, Space TV-də isə “İnam” verilişi efirə çıxır.",- deyə qeyd edib.

  • Yazılıb
  • da (də) 2019 Apr 14
  • Göndərən مدير سايت Aran News