Tarix : 2019 Apr 14
Kod 57970

İraqın siyasi partiyaları və müqavimət qüvvələri ABŞ-ın Sepah-la bağlı qərarına etiraz etdilər

İraqın siyasi partiyaları və müqavimət rəsmiləri İran İslam Respublikasının Nəcəf şəhərindəki baş konsulluğunda olaraq, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu adlandırmasına etiraz ediblər.

Arannews-İRNA-nın məlumatına görə, İraqın islam müqaviməti qrupları və siyasi partiyalarının məsul şəxsləri həmçinin, bir bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İraqın terrorçuların işğalından azad edilməsindəki rolunu yüksək qiymətləndiriblər. ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü bir bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının terrorçu qruplar siyahısına daxil edildiyini bildirdi. İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ-ın himayəsində olan terrorçu qruplar ilə mübarizədə həlledici rola malik olub.

  • Yazılıb
  • da (də) 2019 Apr 14
  • Göndərən مدير سايت Aran News