Tarix : 2019 Apr 15
Kod 57971

Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir

Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir

Arannews-Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.FaktXəbər-in Sputnik Azərbaycan-a istinadən xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb və kənd qəbiristanlığında dəfn edilib.

  • Yazılıb
  • da (də) 2019 Apr 15
  • Göndərən مدير سايت Aran News