Tarix : 2019 Apr 15
Kod 57973

Tramp yenə də Ərəbistanı təhqir etdi

ABŞ prezidenti Donald Tramp yeni çıxışında yenidən qabaqkı sözlərini təkrar edərək Ərəbistanı təhqir edib və deyib ki, əgər Amerikanın hərbi dəstəyi olmasaydı, İran iki həftəyə Ərəbistanı fəth edərdi.

Arannews-“Politiko” jurnalının jurnalistləri Anna Palmer və Jake Shermanın qələmə aldığı “Cana dəyən qala; Konqresin savaşı və Tramp Amerikasının gələcəyi” adlı kitabda ötən ilin sentyabr ayında Tramp Pespublikaçılar Partiyasının üzvləri ilə xüsusi bir görüşdə özünün Səudiyyə Ərəbistanına səfəri və bu ölkənin kralı ilə görüşündən danışaraq deyib: “Dedim ki, kral, bankda sizin 2 trilyon dollar pulunuz var, amma mən sizi qorumaq üçün 4 milyard dollar istəyirəm. Əks təqdirdə Ərəbistandan çıxacağıq. Kral dedi ki, biz indiyə kimi bu işi etməmişik. Başa düşmürəm. Ona dedim: Bəli, bilirəm, təəssüf edirəm, amma 4 milyard dollar istəyirik.Tramp sonra səudiyyəlilərə işarə edərək onları anlamaz adlandırıb.ABŞ prezidenti özünün Ərəbistan səfərinin uğurlu olmasına da işarə edərək onu Çinə səfərindən daha yaxşı olduğunu deyib. Tramp Ərəbistan rəsmilərinin onu qarşılamasından danışaraq deyib: “Təyyarədən enəndə, mənə dedilər ki, kral hava limanında səni gözləyir. Dedim ki, yaxşıdır, Obamanı sarayda kondisionerin altında gözləyirdi, amma mənə görə aeroporta gəlib, özü də 46 dərəcə istidə! Əlbəttə, Ərəbistanda 46 dərəcə isti sərin gün hesab olunur və o, asfalt üzərində dayanıb məni gözləyirdi.Təyyarədən endim və əlimi ona uzatdım, amma baş əymədim. Melania da əlini ona tərəf uzatdı. Yadınızdadırsa, mənə demişdilər ki, o əl verib görüşmür. Amma o, Melianianın əlini tutdu və öpdü; maç, maç, maç. Mən qabağa gedib dedim: hey, kral bəsdir, kifayətdir. Üç dəfə öpdü!”Trampın Ərəbistanı və bu ölkənin rəsmilərini təhqir etməyi və onları qorumaları qarşılığında pul tələb etməsi birinci dəfə deyil. Hətta Tramp prezidentliyə namizəd olduğu dövrdə belə Ərəbistanı təhqir edərək yazmışdı: “Ərəbistan və digərlərinə deyin ki, on il bizə pulsuz neft vermələrini tələb edirik. Əks halda biz onların şəxsi Boeing 747-lərini qorumayacağıq. Bunun pulunu verin.”

  • Yazılıb
  • da (də) 2019 Apr 15
  • Göndərən مدير سايت Aran News