Tarix : 2019 Apr 15
Kod 57975

Hacı Abgül Süleymanovdan hakimiyyətə sual

Hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovdan xəbər var.

 Arannews-əlaqə saxlayan ilahiyyatçı ilk növbə Şəban ayının mövludları; Həzrəti İmam Hüseynin, Həzrəti Abbasın və Həzrəti İmam Zeynulabidinin mübarək mövludları münasibətilə dünya müsəlmanlarını təbrik edib.“Bu gözəl aylar insanı mübarək Ramazan ayına hazırlayır. Şəban ayından sonra bildiyimiz kimi Mübarək Ramazan ayına daxil olacağıq. Şəbanın –  çox gözəl və böyük mövlud bayramları var, bu – bütün Əhlibeytsevərlər üçün fürsətlərdir. Bütün müsəlmanları, xüsusilə Zamanın İmamını bu münasibətlə təbrik edirəm. Bir neçə gündən sonra Həzrətin özünün də mövludu qeyd olunacaq, Qədr gecələrindən sonra ən fəzilətli gecə Zamanın İmamının mövld gecəsidir ki, bu gecədə edilən ibadət və duaların insanın dünya və axirət həyatına ciddi xoş təsiri olacaqdır.”, -deyə ilahiyyatçı bildirib. Hacı Abgül Süleymanov ölkə ictimaiyyətində neçə günlər gündəmi zəbt etmiş; tanınmış ilahiyyatçıların, dindarların həbsdən azad olunmasına da münasibət bildirib: “Əlbəttə onlar və bütün islamçı dindarlar azad olunmalıdırlar. Lakin hicab və məscid söküntüsünə görə həbs olunanlar niyə azad olunmurlar? Hakimiyyətə sualımız budur ki, əgər hazırda ölkədə hicab qadağası yoxdursa, məscidlər sökülmür və əksinə inşa edilirsə, həbslərinin əsas səbəbi hicab qadağasına və məscid söküntüsünə etiraz olan islamçılar niyə azad olunmurlar?Qeyd edək ki, Hacı Abgül Süleymanov AİP-in sədri və bir neçə funksionerinin 2010-cu ildə həbsindən sonra, 2011-ci ildə ləğv edilmiş MTN tərəfindən müxtəlif ittihamlarla həbs olunub. İlahiyyatçı isə həbsini hicab qadağası və məscid söküntüsünə etiraz etməsi və bu yöndə çıxışları ilə əlaqələndirib.

  • Yazılıb
  • da (də) 2019 Apr 15
  • Göndərən مدير سايت Aran News