Tarix : 2019 Apr 16
Kod 57979

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

Layihənin məqsədi - İraq və İranı Suriya limanlarına çıxışla təmin etməkdir, gələcəkdə isə xəttin Çinə qədər uzadılamsıdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya, İraq və İran İslam Respublikası öz dəmir yollarının vahid şəbəkəyə birləşdirmək istəyirlər. Bu məsələ ilə bağlı görüşün keçirilməsi planlaşdırılır.Bu barədə "al-Vatan" qəzetinə Suriyanın Nəqliyyat Nazirliyində mənbə bildirib."Hal-hazırda ölkələr Suriya, İran İslam Respublikası və İraqın dəmir yollarının birləşdirilməsi layihəsinin bərpası üzərində işləyir və ölkə nümayəndələrinin arasında keçiriləcək görüşün tarixini müəyyənləşdirirlər", - deyə mənbə bildirib.Strateji xarakteri olan layihəyə Suriya münaqişəsindən öncə start verilib, lakin 2011-ci ildə münaqişə başladıqdan sonra o dayandırılıb.Mənbənin sözlərinə görə, layihənin məqsədi - İraq və İranı Suriya limanlarına çıxışla təmin etməkdir, gələcəkdə isə xəttin Çinə qədər uzadılamsıdır.


  • Yazılıb
  • da (də) 2019 Apr 16
  • Göndərən مدير سايت Aran News