Tarix : 2019 Apr 16
Kod 57982

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Arannews-Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə iclası iki tərəfin iki ölkə arasında xalq əlaqələrinin bərqərarı üçün real addımların atılması daxil olmaqla bəzi məsələlər barədə razılıq əldə etməsilə bu gün axşam Moskvada başa çatıb.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bildirişinə əsasən, bu iclasda Qarabağ münaqişəsinin həlli ilə bağlı başlıca məsələlər ətrafında geniş formatda fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada keçirilmiş görüşün nəticələrinə əsasən, müzakirələr prosesinin və Qarabağ münaqişəsinin həlli yollarının araşdırılmasının davamına təkid edilib.Bu məlumata əsasən, həmin iclasda həmçinin tərəflər Qarabağda döyüşlər və gərginliklərin azaldılması, habelə müştərək humanitar fəaliyyətlər ətrafında fikir mübadiləsi aparıblar və iki ölkənin xarici işlər nazirləri media nümayəndələrinin qarşılıqlı səfərləri və iki tərəf arasında xalq əlaqələrinin qurulması sahəsində öz razılıqlarını bəyan ediblər. Bu iclasda habelə yaxın gələcəkdə bu kimi iclasların keçirilməsi vurğulanıbdır.

  • Yazılıb
  • da (də) 2019 Apr 16
  • Göndərən مدير سايت Aran News