Tarix : 2019 Apr 17
Kod 57984

Zərif Bəşşar Əsədlə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri bu gün Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

Arannews-İkitərəfli əlaqələrin müxtəlif yönlərinin, ən mühüm regional məsələlərin, Suriyadakı böhranın həlli üzrə siyasi prosesin və Astana təşəbbüsü üzrə son olayların araşdırılması, İran İslam Respublikasının birinci vitse-prezidentinin Suriya səfərində əldə olunmuş razılaşmaların izlənilməsi bu görüşdə nəzərdən keçirilən əsas mehvərlərdən olubdur.İran İslam Respublikasının xarici işlər naziri bu gün bir nümayəndə heyəti ilə Dəməşqə yola düşüb. O, Suriyaya daxil olarkən bu ölkədə siyasi həll yoluna nail olmaq məqsədilə danışıqların irəlilədilməsi üzrə proqramlaşdırmanı, region ölkələrinin siyasətlərinin koordinasiyasını və meydan qələbələrinin izlənilməsi üzrə səyi bu səfərin məqsədlərindən adlandırıb.Məhəmməd Cavad Zərif bu gün səhər Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad tərəfindən qarşılanıb.Doktor Zərif və onu müşayiət edən heyət Dəməşq şəhərində yerləşən Zeynəbiyyə məkanında olaraq, Həzrət Zeynəb(s.ə)-nın ziyarətgahını ziyarət ediblər.

  • Yazılıb
  • da (də) 2019 Apr 17
  • Göndərən مدير سايت Aran News