Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2019 apr 17     |     Kod : 57986

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Ağdam köçkünü olan ailə 3 həftədir ki, həyatla mücadilə aparır

Arannews-“Bir də yuxudan ayıldıq ki, alovun içindəyik... Birtəhər canımızı çölə ata bildik. 4 otaq külə döndü. İçərisindəki əşyalar, sənədlərimiz – hamısı yandı... Həyətdəki 150 toyuq-cücə də tələf oldu”.Qəbələnin Nij qəsəbəsinin yaxınlığındakı keçmiş mal-qara fermasında köçkün ailəsinin məskunlaşdığı fin tipli, taxta konstruksiyalı ev yandığından ailə çadıra yerləşdirilib. 20 gündür ki, iki uşaq və ailənin digər dörd üzvü soyuq çadırda yaşayır. Ailə başçısı Zabil Əliyev Meydan TV-yə danışır ki, 1993-cü ildə Ağdamdan köçkün düşəndən buraya sığınıblar. Azı əlli yaşı olan taxta ev bu il martın 26-da səhərə yaxın alışıb. Səbəb evin üzərindən hörümçək toru kimi sallanan qəzalı elektrik naqillərindəki qısaqapanma olub.

“Dedilər, qalan şeylər bizlik deyil”

Ev sahibinin sözlərinə görə, yanğından sonra Fövqəladə Hallar Nazirliyi onlara çadır qurub:

“Fövqəladə Hallar Nazirliyinin işçiləri çadır qurdular, icra hakimiyyətinin işçiləri isə uşaq bağçasından 4 sınıq-salxaq çarpayı, bir köhnə döşək gətirib verdilər. Dedilər, qalan şeylər bizlik deyil”.

Evin yerləşdiyi ferma Nijdən 4, rayon mərkəzindən 11 kilometr aralıda yerləşir.

yanan ev

yanan ev

Mənbə: meydan.tv

“Yanğınsöndürənlər yetişincə, köz qalmışdı”

Zabil Əliyevin sözlərinə görə, yanğınsöndürənlər gəlincə, evin külü qalıb:

“Taxta ev idi, alışdı, yana-yana getdi... Yanğınsöndürənlər gəlib közünü söndürdülər. Bircə çöp də çıxara bilmədik. Əynimizdəki paltarları qonşular verdi. Soyuqdan donmuşduq. Səhər icra hakimiyyətinə getdim. Birinci müavin Arif müəllim qəbul elədi, məni dinlədi, dedi, hələlik sizi çadıra yerləşdirək, sonra hər cür köməklik olunacaq. İcra hakimiyyəti bizə yalnız həmin gün ac qalmayaq deyə, kolbasa-çörəklə kömək elədi. Sonra gətirib çadır qurdular, içində heç nə yox idi. Qonşular bir-iki yorğan-döşək, yastıqla kömək elədilər. İcra hakimiyyətinin işçiləri də bir uşaq bağçasından köhnə çarpayılar gətirib verdilər”.

“Uşaqlar dərsə getmir, məktəbdən maraqlanan da yoxdur”

Zabil Əliyev deyir, nəvələrindən biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. İndi xəstə uşaqlar soyuq çadırda ölüm-dirim savaşı aparırlar:

“Məktəbə getmirlər. Necə göndərim? Hər şeyləri yanıb. Bütün kənd başımıza gələni bilir. Məktəb də bilir. Ən pisi odur ki, müəllimləri bircə dəfə də olsun gəlib bu uşaqlarla maraqlanmayıb. Yəni, gəlmək vəzifə borcları deyil, ancaq uşaqlara böyük mənəvi dəstək olardı. Bircə dəfə gəlib çadırdan boylanıb demədilər ki, ay uşaqlar, necəsiz, ölmüsüz, qalmısız?”.

çadır

çadır

Mənbə: meydan.tv

Ürək əməliyyatı üçün kredit götürdüyü pul da yanıb

Zabil Əliyevin 65 yaşı var. Pensiya kartı ilə banklardan birindən 2 min manat kredit götürüb ki, İrana ürək əməliyyatına getsin. O pul da yanıb...

Zabil Əliyev deyir, hadisədən sonra “Qaçqınkom”un nümayəndələri gəlib, yanan evə baxış keçiriblər, bəzi qeydlər aparıblar, ona bildiriblər ki, tezliklə burada ailə üçün yeni ev tikiləcək:

“Onlar da o gedən getdilər. Hamı getdi, bir daha gəlmədi... İcra hakimiyyəti getdi, “Qaçqınkom” getdi, Fövqəladə Hallar Nazirliyi getdi... Elə bil bu qurumlar təskinlik vermək üçün fəaliyyət göstərir. Gəlirlər, təsəlli verib yola çıxırlar. Gedirəm icra hakimiyyətinə, deyirlər, bizlik deyil, sənə ev tikmək Fövqəladə Hallar Nazirliyinin işidir. Fövqəladə Hallar Nazirliyində bu işə baxan kimdir, kimin yanına gedək, bilmirik. “Qaçqınkom” ümumiyyətlə, yaxın durmur”.

evi yanan ailə

evi yanan ailə

Mənbə: meydan tv

Rəsmi qurum deyir ki...

Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçkün ailəsinin məskunlaşdığı ev yandığı üçün ailəyə evi Fövqəladə Hallar Nazirliyi tikməlidir. Ya da ailəyə “Qaçqınkom” sahib çıxmalı, köçkünlər üçün tikilən evlərdən bu ailəyə də verilməlidir: “Biz ailəyə imkanımız daxilində ilkin yardımlarımızı etmişik. Sənədlərə görə rayonun Yanğından Mühafizə Xidmətindən arayış alaraq ASAN Xidmətə təqdim etməlidilər, bu arayş əsasında ailə üzvlərinə yanğın zamanı məhv olmuş sənədlərin yenisi veriləcək.

Meydan TV müxbiri nə FHN, nə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənə bilməyib.



Açar sözlər : 

Yazılıb da (də)   2019 apr 17  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin