Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2019 apr 17     |     Kod : 57990

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

17 aprel - 11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

Arannewws-Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü hicri-qəməri ilinin Şəban ayının 11-ci günü dünyaya göz açmışdır. Onun atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır və imam Hüseynin (ə) böyük oğludur. Bu haqqda imam Zeynəlabidindən (ə) belə nəql oluinur:

 
...كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس
 
“Mənim, məndən böyuk Əli Əkbər adlı qardaşım var idi ki, bu insanlar onu qətlə yetirdi...”
 
Nəql olunur ki, bir gün həzrət Əli Əkbər (ə) atası imam Hüseyn (ə) tərəfindən Mədinənin valisinə bir peyğam çatdırmaq üçün məmur olunur. Həzrət Əli Əkbər (ə) peyğamı Mədinə valisinə çatdırdıqdan sonra, vali ondan “Adın nədir?” – deyə soruşduqda, cavab verir: “Əli.” Vali soruşur: “Bəs qardaşının adı nədir?” Həzrət Əli Əkbər (ə) cavab verir: “Əli.” Vali əsəbiləşir və deyir: ما یُریدُ اَبُوك؟ – “Atan nə istəyir ki, bütün oğullarının adını Əli qoyub?”
 
Həzrət Əli Əkbər (ə) evə qayıtdıqdan sonra, bu hadisəni atası imam Hüseynə (ə) danışır. İmam Hüseyn (ə) buyurur: “And olsun Allaha, əgər Allah-Taala mənə on oğul versəydi, hamısının adını Əli və on qız versəydi, hamısının adını Fatimə qoyardım”.
 
Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini xatırlayırdı. İmam Hüseyn (ə) onun ruhi kamilliyini, görkəmini və simasını vəsf edərkən buyurur: “Əli Əkbər zahiri görkəmdə, əxlaqda, rəftarda, hərəkətlərində və danışığında Peyğəmbərə (s) oxşayırdı. Ailəmizin hər hansı bir üzvü Peyğəmbərin (s) simasını görməyi arzu etdikdə, onun gözəl simasına tamaşa edərdi. Yəni o, həm görünüşündə, həm də xasiyyətində Peyğəmbəri (s) xatırladan bir aynaya bənzəyirdi”.
 
Həzrət Əli Əkbər (ə) Aşura macərasında fəal iştirak etmiş, hər zaman atası imam Hüseynin (ə) kənarında olmuş və düşmənlərlə son nəfəsinə qədər mübarizə aparmışdır. Tarixdə göstərilir ki, imam Hüseynin (ə) karvanı “Sələbə” məntəqəsində düşərgə salır və imam Hüseyn (ə) azacıq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra ətrafındakılara buyurur: “Yuxuda mənə deyildi ki, ölüm sizi tezliklə behiştə doğru aparacaq”. Əli Əkbər (s) bu sözü eşitcək soruşur: “Atacan! Məgər biz haqqın tərəfində deyilikmi?” İmam Hüseyn (ə) buyurur: “Bəli! And olsun Allaha ki, biz haqqın tərəfindəyik!” Əli Əkbər (ə) deyir: “Bu zaman ölümdən qorxumuz yoxdur.” İmam Hüseyn (ə) oğlu Əli Əkbərin (ə) bu ifadəsindən çox sevinir və buyurur: “Oğlum, Allah sənə xeyirli mükafat əta etsin!” (“Muntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.375.)
 
Əli Əkbər (ə) Kərbala faciəsində Bəni-Haşim tayfasından ilk şəhid olan şəxsdir. “Aşura” günü imam Hüseynin (ə) bütün səhabələri şəhadətə yetdikdən sonra, növbə o həzrətin nəslindən olanlara çatdıqda, hamıdan əvvəl meydana qədəm qoyan, İslam və Quran yolunda oxların, nizələrin və qılıncların önünə sinəsini gərən ilk şəxs imam Hüseynin (ə) böyük övladı həzrət Əli Əkbər (ə) olur.
 
Həzrət Əli Əkbər (ə) atası ilə vidalaşıb çadırlardan uzaqlaşana qədər imam Hüseyn (ə) onun gözəl görkəminə və uca qamətinə məhəbbət dolu bir nəzər salıb üzünü göyə tutaraq belə deyir:
 
اَللّهُمَّ اشْهَدْ فَقَد بَرَزَ إِلَيهِم غُلامٌ أَشبَهُ النّاسِ خَلقاً وَ خُلقاً وَ مَنطِقاً بِرَسُولِكَ (ص) وَ كُنّا إِذا اشْتَقنا إِلىٰ نَبِيِّكَ نَظَرنا إِلَيهِ
 
“İlahi, Sən Özün bu camaatın əleyhinə şahid ol! Onların üstünə həm əxlaqda, həm görkəmdə, həm də danışıqda Peyğəmbərinə (s) hamıdan çox oxşayan şəxs gedir. Biz nə zaman Peyğəmbərin simasını görmək istəsəydik, onun üzünə tamaşa edərdik...” (“Luhuf”, Seyid ibn Tavus, səh.113.)
 
Rza Şükürlü (Maide.az) 


Açar sözlər : 

Yazılıb da (də)   2019 apr 17  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin