Tarix : 2019 Apr 18
Kod 57992

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Azərbaycan öz ərazisində erməni jurnalistləri qəbul etməyə hazırdır? Moskvanın "Kommersant" qəzetinin bu sualına XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva təsdiqləyici cavab verib.

Arannews-"Bakıda həmişə Azərbaycan və erməni icmaları arasında nisbi qarşılıqlı anlaşmanın yaranmasına və möhkəmlənməsinə şərait yaradacaq şərtlərin yaradılması meyli olub".Münaqişə tərəflərindəki qohumlarının məhbuslara baş çəkməsinə gəlincə, bu məsələ də aktualdır, belə ki, Azərbaycanda da, Ermənistanda da hər iki ölkənin vətəndaşı olan məhbuslar var. Ermənistan XİN-dəki mənbə Azərbaycanlı məhbusların qohumlarının Ermənistanda və Qarabağda onlara baş çəkməsinə icazə verməyə hazır olduqlarına eyham edib. Qəzetin "Bakı öz vətəndaşlarının Ermənistan və Qarabağa getməsinə icazə verəcək?" sualına cavabda Leyla Abdullayeva deyib: "Azərbaycan hakimiyyəti heç vaxt vətəndaşlarımızın Ermənistana və xüsusən bizim işğal edilmiş ərazilərimizə səfər etməsinə sərt qadağalar qoymayıb". Onun sözlərinə görə, belə səfərlərin nadir olması yalnız Azərbaycanlıların "şəxsi təhlükəsizlikləri ilə bağlı" bu səfərlərdən yayınması ilə bağlıdır, amma "Ermənistan tərəfi lazımi təhlükəsizlik zəmanəti verərsə", vəziyyət dəyişə bilər.Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının 15 aprel Moskva görüşünün yekunlarına görə qəbil edilmiş bəyanatda jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməyə və məhbusların qohumlarının onlara baş çəkməsini təşkil etməyə hazırlıqdan bəhs edilir.

 
Turan İA


  • Yazılıb
  • da (də) 2019 Apr 18
  • Göndərən مدير سايت Aran News