Tarix : 2019 Apr 18
Kod 57994

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Səudiyyə Ordusuna qarşı uğurla istifadə edilən yeni nəsil modern raket Yəmən Ordusunun hərbi arsenalına dail olub

Arannews-"Almasirah"a istinadən xəbər verir ki, Yəmən Ordusunun sözçüsü bu ölkə istehsalı olan "Bədr-F" adlı yeni və modern raketin təqdimatı haqda açıqlama verib.Yəmən Ordusunun sözçüsü  Yəhya Səri bildirib ki, "Bədr-F" raketindən bir neçə əməliyyatda uğurla istifadə olunub."Yəmənin raket bölməsi bu gü keçmişdəkindən daha güclüdür.", -deyə Səri əlavə edib.Yəmənin raket bölməsi 2018-ci ilin noyabrında da "Bədr 1P" raketini təqdim etmişdi, "Bədr-F" yeni model və modern raket sistemi olaraq Səudiyyəyə qarşı müharibədə daha effektiv və intensiv istifadə olunacaq.Qeyd edək ki, 2014-cü ildə Yəmən Xalq İnqilab Komitələri paytaxt Sənaya daxil olaraq hakimiyyəti öz əllərinə keçiriblər. Bundan sonra Səudiyyəmeilli olan Mənsur Hadi prezidentlikdən istefa verərək bir neçə gün Səna şəhərində təhlükəsiz yerdə saxlanılır. Daha sonra “Ənsarullah” təşkilatı Mənsur Hadinin Sənanı tərk etməsinə icazə verir. Mənsur Hadi Səna şəhərindən Adən gedərək daha sonra Səudiyyə Ərənistanına qaçır. Vəhabi krallıq ona dəstək verərək sərhəd bölgələrə ordu və digər ərəb ölkələrindən olan muzdlu hərbçiləri cəlb edir. Bir neçə ildir davam edən döyüşlərdə Səud rejimi mülki vətəndaşları hədəfə alsada, Yəmən Ordusu və könüllüləri Səud Ordusu mövqeləri və muzdluları hədəfə alaraq çox sayda itkilərinə səbəb olub. Ən səs-küylü əməliyyat isə Səud dəstəkli Hadi Mənsurun kəşfiyyat rəisi və qərargah rəisi kimi yüksək rütbəlilərinin iştirrak etdiyi paradda pilotsuz aparatla etdiyi hücum olub.

  • Yazılıb
  • da (də) 2019 Apr 18
  • Göndərən مدير سايت Aran News