Tarix : 2019 Apr 18
Kod 57995

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daim diqqət mərkəzindədir”

Arannews-Bu barədə Faktxeber.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib  ki, bu kimi fəaliyyətlər daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamAətində müvafiq tədbirlər həyata keçirilir. Bu xüsusda, Xarici İşlər Nazirliyi tərəfindən “Twitter” sosial şəbəkəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən “Armenian Occupation Watch” (https:// twitter.com/ArmenOccupWatch) adlı hesab yaradılıb.Sözügedən “Twitter” hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

  • Yazılıb
  • da (də) 2019 Apr 18
  • Göndərən مدير سايت Aran News