"Həm Bakı, həm də Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır".
Arannews-"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada təşkil edilən mətbuat konfransında deyib. Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu il aprelin 15-də Moskvada keçirilib. Rusiya XİN başçısı da görüşdə iştirak edib.